RU

İran müharibəsi ABŞ-ın raket arsenalını "yedi" – Arsenal boşalır

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Birləşmiş Ştatlar raket ehtiyatlarının tükənməsi fonunda Yaponiyaya təxminən 400 ədəd "Tomahawk" qanadlı raketinin təhvil verilməsini təxirə saldığını rəsmən Tokioya bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb. Məlumata görə, çatdırılmanın təxirə salınmasına səbəb ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyatların Amerika arsenalına göstərdiyi hədsiz təzyiqdir.

İlkin razılaşmaya əsasən, 2,35 milyard dollar dəyərində olan bu sifarişin 2028-ci ilin mart ayında təhvil verilməsi planlaşdırılırdı. Lakin müharibənin ilk dörd həftəsi ərzində ABŞ ordusu 850-dən çox "Tomahawk" raketindən istifadə edib ki, bu da Pentaqon rəsmiləri arasında ciddi narahatlıq doğurub. Bildirilir ki, müharibədən əvvəl ABŞ-ın ehtiyatında olan 4 min raketdən artıq iki illik istehsal həcmi qədər hissəsi sərf olunub.

Hərbi ekspertlər qeyd edirlər ki, bu təxirəsalma ABŞ-ın strateji rəqibi olan Çinə qarşı çəkindirmə gücünün zəifləməsinin bariz nümunəsidir. "Financial Times" qəzetinin məlumatına görə, müharibənin ilk 16 günündə müttəfiq qüvvələr tərəfindən 26 milyard dollar dəyərində 11 mindən çox sursat, o cümlədən 1200-dən çox "Patriot" və yüzlərlə "THAAD" raketi istifadə edilib. Artıq 35 gündür davam edən hərbi münaqişə bölgədə minlərlə insanın tələfatına və hərbi resursların kütləvi şəkildə azalmasına səbəb olub.

Избранный
16
turkic.world

1Источники