Modernləşdirilmiş Yak-130M təlim-döyüş təyyarəsinin ilk sınaq uçuşu 2026-cı ilin iyun ayında baş tutacaq.
Herbiand.az xəbər verir ki, bu barədə “Yakovlev” ASC-nin idarəedici direktoru Vasili Prutkovski RİA Novosti-yə bildirib.
“Modernləşdirmə Yak-130M-in hava-hava raketləri, peyk və lazer idarəetmə sistemləri olan yüksək dəqiqlikli hava-yer silahları ilə təchiz olunmasına imkan verəcək. Yeni təyyarə yalnız döyüş pilotlarının hazırlanması üçün bütün imkanları saxlamayacaq, həm də döyüş təyyarəsinin keyfiyyətlərini qazanacaq”, - “Rostex”dən bildirilib.
Yak-130 super manevr edilə bilən qırıcılar da daxil olmaqla, müasir hərbi aviasiyanın pilotlarını yetişdirmək üçün hazırlanmış iki nəfərlik döyüş təlim təyyarəsidir.
Bəxtiyar CƏFƏRLİ