RU

Günəşdə partlayış baş verib

Aprelin 3-də Günəşdə sonuncudan əvvəlki güc sinfinə aid yeni partlayış qeydə alınıb.

AzEdu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Aprelin 3-də Moskva vaxtı ilə saat 10:56-da (Bakı vaxtı ilə saat 11:56) 4009 günəş ləkələri qrupunda (N01E07) rentgen diapazonunda 13 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Избранный
44
1
azedu.az

10Источники