RU

İran Küveytdə su təmizləyici qurğuya hücum edib

Küveyt Elektrik və Su Nazirliyi İran hücumu nəticəsində enerji və su təmizləyici 7 qurğulardan birində maddi ziyan meydana gəldiyini bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, nazirlik sözçüsü Fatma Abbas Cavad Heyat "X" platformasındakı hesabından etdiyi açıqlamada, "enerji və su təmizləyici qurğulardan birinə İran tərəfindən hücum təşkil edildiyini" qeyd edib.

O, hücum nəticəsində müəssisənin bəzi hissələrində maddi ziyanın yarandığını, hadisədən dərhal sonra müdaxilə edildiyini və müəssisənin iş fəaliyyətinin davam etməsi üçün zəruri əməliyyatların aparıldığını bildirib.

Heyat zərər görmüş ərazilərin təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik birimləri və əlaqədar qurumlarla tam koordinasiya şəraitində olduqlarını ifadə edib.

Xalqı təmkinli olmağa, əsassız şayiələrə inanmamağa və məlumatları rəsmi mənbələrdən almağa çağıran sözçü, bütün texniki heyətlərin hər cür fövqəladə hala qarşı yüksək səmərəliliklə 24 saatlıq iş rejimində çalışdığını bəyan edib.

Избранный
49
12
cebheinfo.az

10Источники