RU

UEFA klublarımıza vəsait ayırıb: Ən çox qazanan “Qarabağ”dır

UEFA klublarımıza vəsait ayırıb: Ən çox qazanan “Qarabağ”dır

Azərbaycanın futbol klublarına 2025-ci ildə UEFA tərəfindən ayrılan maliyyə vəsaiti açıqlanıb.

Bu barədə AFFA-nın hesabatında məlumat verilib. Təqdim olunan rəsmi statistikaya əsasən, siyahıda I yerdə “Qarabağ” qərarlaşıb. Ağdam klubu Avropa arenalarında göstərdiyi nəticələrə görə UEFA-dan rekord məbləğdə - 61 milyon 123 min 325 manat alıb.

Digər klublara ayrılan vəsaitlərin bölgüsü isə aşağıdakı kimidir:

“Sabah” klubuna 3 milyon 27 min 845 manat, “Araz-Naxçıvan”a 2 milyon 480 min 415 manat, “Zirə”yə 2 milyon 70 min 729 manat və “Neftçi”yə 1 milyon 23 min 94 manat vəsait ayrılıb.

Siyahının davamında Sumqayıt (833 min 496 manat), Səbail (706 min 895 manat), Turan Tovuz (706 min 895 manat) və Kəpəz (706 min 895 manat) klubları yer alıb. Ən az vəsait isə “Qəbələ” (427 min 340 manat) və “Şamaxı” (279 min 555 manat) klublarına çatıb.

Qeyd edək ki, bu vəsaitlər klubların beynəlxalq yarışlarda iştirakı, həmrəylik ödənişləri və digər meyarlar əsasında UEFA tərəfindən müəyyən edilib.

Избранный
13
32
afn.az

10Источники