RU

Zelenski: Rusiya "Pasxa atəşkəsi"nə hazır deyil

Ukrayna Moskvanın qeyri-müəyyən cavabına baxmayaraq, “Pasxa atəşkəsi” təklifini geri götürmür...

“RBK-Ukrayna” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

“Pasxa ilə bağlı atəşkəs təklifimiz qüvvədə qalır”, – Ukrayna lideri vurğulayıb.

O qeyd edib ki, Moskvanın Pasxa münasibətilə atəşkəs təklifinə reaksiyası qeyri-müəyyən olaraq qalır: “Biz hamımız onların mediada verdiyi cavabı gördük: sanki buna hazır deyillər. Bunun nə dərəcədə ciddi cavab olduğunu bilmirəm”.

Ukrayna lideri əlavə edib ki, Kiyev artıq öz mövqeyini Amerika tərəfinə çatdırıb.

Poliqon.info

Избранный
28
8
poliqon.info

9Источники