"2020-2021-ci illərdə peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayı 15 min nəfər olub".
"Unikal" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
Nazir müavini bildirib ki, 2025-2026-cı tədris ilində peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayı isə 27 min nəfərdir.
O qeyd edib ki, 2022-i ildə peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin 32 faizi qadınlar olub. 2025-ci ildə isə bu rəqəm 40 faizdir.
Anar Kəlbiyev