RU

Qızım mənə ana demir

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İnsanlar iş tələb edir. Amma bizim də sıxıntılarımız, maddi çətinliklərimiz olur və nəyisə ərsəyə gətirə bilmirik. Amma küçədə, məkanda insanların yaxınlaşıb, sevgi göstərdiyini görəndə hər şey keçir".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Günə uğurla" proqramında deyib. Sənətçi həyatından, qızı Selenadan danışıb:

"Kişi və qadın arasında olan bu hisslər müqəddəsdir. Övladın atası olsa da, yük anaya düşür. Atalar bala üçün özəl diqqəti ayırır. Amma ana əsasdır. Uşaq böyüdükcə problem, qayğı, tələbat böyüyür. Deyirlər, şou-biznes... Amma biz sənətçilərin övladı çox tərbiyəlidir. Biz o qədər problem yaşayırıq ki, səhnədə üzümüz gülür, amma arxada problemdir. Ona görə də övladımıza hər şey edirik ki, problemsiz böyüsün. Biz bir gün ölmək üçün hər gün yaşayırıq. O qədər maddi sıxıntılarım olub ki, bunu açıq tamaşaçıya demirəm. Milyonçu, milyarder deyiləm. Mənim də uşağıma "yox" dediyim an olub. 

Efirdə ağlamayacağam, çünki Selena yutubda baxanda soruşur ki, Ayan, niyə ağladın? Qızım mənə "ana" yox, "Ayan" deyir. Deyirlər, övlad anaya adını deyəndə ömrü uzanır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
3
axsam.az

4Источники