RU

Gürcüstanda qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı iddialara RƏSMİ CAVAB

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarəsinə hər hansı kənar müdaxilə olmayıb.

Bizim.Media TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Ankara Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Gürcüstan ərazisində qəzaya uğrayan C-130 tipli türk hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaq çərçivəsində hazırlanmış hesabata əsasən, təyyarəyə hər hansı kənar müdaxilə olmayıb və ya partlayıcı izinə rast gəlinməyib.

Qeyd edək ki, Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek sözügedən təyyarənin İsrail tərəfindən vurulduğunu iddia etmişdi.
 

Xatırladaq ki, 2025-ci il noyabrın 11-də Azərbaycanın Gəncə şəhərindən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.


Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.

Bizim.Media

Избранный
13
6
bizim.media

8Источники