RU

Duz gölü çirkaba büründü: Kəskin qoxu yayılır VİDEO

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son günlər yağan aramsız yağışlar səbəbindən Masazır gölünün ətrafında yerləşən kanalizasiya xətlərindən axan çirkab sular gölün suyuna qarışır. Demokrat.az-ın məlumatına görə, ətrafda hiss olunan xoşagəlməz qoxu da bunu deməyə əsas verir. Narahatedici məqam ondan ibarətdir ki, duz gölü kimi tanınan Masazır gölündən duz istehsal olunur.Məsələ ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Xidmətindən bildirilib ki, son günlər ərazidə yağan intensiv yağışlar və suyun kənarlaşdırılması üçün lazımi infrastrukturun olmaması mövcud vəziyyətin yaranmasına səbəb olub. Tullantı su sistemlərinin təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Sözügedən tədbirlər həyata keçirildikdən sonra mövcud problem həllini tapacaq.Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.Ətraflı reportajda:

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
demokrat.az

1Источники