RU

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,8 faiz artaraq 298,7 min nəfər olmuşdur. 

Marja.az Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən xəbər verir ki, vətəndaşlarımızın 37,4 faizi Türkiyəyə (əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 2,1 faiz çox), 15,2 faizi Rusiya Federasiyasına (2,8 faiz az), 12,5 faizi İrana (17,7 faiz çox), 9,9 faizi Gürcüstana (12,2 faiz az), 25,0 faizi isə digər ölkələrə (0,1 faiz az) getmişdir.

Gedənlərin 66,7 faizini kişilər, 33,3 faizini qadınlar təşkil etmişdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Избранный
14
2
marja.az

3Источники