RU

AFFA-nın Hesabat Konfransına start verildi

AFFA-nın Hesabat Konfransı start götürüb.

90deqiqe.Az xəbər verir ki, tədbirdə milli assosiasiyanın prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, eləcə də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edirlər.

Konfransda futbol ictimaiyyətinin tanınmış nümayəndələri də yer alıblar.

Toplantı çərçivəsində AFFA tərəfindən 2025-ci ildə görülən işlərə həsr olunmuş videohesabat nümayiş etdirilib. Təqdimatda kişi və qadınlardan ibarət milli komandaların çıxışları, “Qarabağ” klubunun UEFA Çempionlar Liqasındakı performansı, həmçinin digər Azərbaycan təmsilçilərinin avrokuboklardakı nəticələri barədə geniş məlumat verilib.

Hesabat konfransının gün ərzində davam edəcəyi və bir sıra mühüm məsələlərin müzakirə olunacağı gözlənilir.

Избранный
19
90deqiqe.az

1Источники