RU

“Ukraynada nizamlanmanın ən qısa yolu...” - Ryabkov

Ukraynada nizamlanmanın ən qısa yolu ABŞ və NATO ölkələrinin Kiyevə hərbi-texniki tədarükünun dayandırılmasıdır.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS Analitik Mərkəzinə verdiyi müsahibədə bildirib.

“Amerikanın Ukraynaya silah tədarükünün konkret aspektinə gəldikdə, biz dəfələrlə vurğulamışıq ki, bu böhrana, bu münaqişəyə, bu faciəli vəziyyətə son qoymağın ən qısa yolu ABŞ və onun NATO müttəfiqləri tərəfindən Kiyev rejiminə hərbi-texniki təchizatın və yardımın dayandırılmasıdır. Bu da hamıya məlumdur, bizim siqnallarımız Vaşinqtona çatdırılır, amma təəssüf ki, onlar istənilən effekti vermir”, - Ryabkov vurğulayıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
20
herbiand.az

1Источники