RU

Azərbaycan Premyer Liqasında komanda sayı artırıla bilər AÇIQLAMA

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Premyer Liqasında klub sayı artırıla bilər.

Fanat.Az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.

Qurumun rəhbəri bunun potensial namizədlərin hazırlıq səviyyəsindən asılı olduğunu bildirib "Komanda sayının artması prinsipcə müzakirə mövzusudur. Lakin burada əsas məsələ infrastrukturun hazırlığıdır. Biz potensial olaraq hansı klubların çıxış edə biləcəyini və onların infrastrukturunu düzgün qiymətləndirməliyik. Məqsədimiz odur ki, çempionatda mübarizə aparacaq bütün klubların stadion məsələsini tam həll edək. Elə olmamalıdır ki, say artımı xatirinə bəzi klublara güzəşt edilsin və bu, ümumi balansı pozsun. Biz həm futbolun davamlılığını, həm də infrastrukturun səmərəliliyini artırmağa çalışırıq. Bu, çox incə bir balansdır. Məsələni uzun müddətdir müzakirə edirik. İcraiyyə Komitəsinin növbəti iclaslarından birində bununla bağlı müvafiq qərarların verilməsi nəzərdə tutulur”.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
6
fanat.az

7Источники