RU

Madaqaskarda prezidentə sui-qəsdin qarşısı alınıb

Madaqaskarın Baş Prokurorluğu ölkə Prezidenti Maykl Andrianirininə qarşı sui-qəsdin qarşısının alındığını bəyan edib.

"Far.Az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, 13 şübhəliyə dövlət başçısına sui-qəsd planlaşdırmaq və digər cinayətlər üzrə ittiham irəli sürüləcək, onlardan 11-i artıq həbs edilib.

Bildirilib ki, ölkənin baş prokuroru Narindra Navalona Rakotoniayna televiziya müraciətində bildirib ki, əsas təşkilatçılardan biri hələ də azadlıqda olan ordu polkovniki Patrik Rakotomamonci olub.

"Bu işə cəlb olunanlar arasında kadr zabitləri, o cümlədən əvvəllər dövlət çevrilişi etməyə hazır olduğunu açıq şəkildə bəyan etmiş general da var", - o qeyd edib.

Prokurorluq sübut kimi qrup üzvlərinin SMS-mesajlarını və vatsap yazışmalarını, eləcə də onların evlərində aparılan axtarışların nəticələrini təqdim edib. Prokurorun sözlərinə görə, saxlanılan bəzi şəxslər etiraf ediblər ki, onların bank hesablarında aşkar edilən 20 milyard ariari (4,8 milyon dollar) dövlət başçısına qarşı sui-qəsd ilə bağlı planların həyata keçirilməsi üçün nəzərdə tutulub.

Избранный
17
far.az

1Источники