RU

İsraildə İranla müharibənin başlanğıcından bəri yaralananların sayı 6,6 minə çatıb » AzadMedia.az


ABŞ-İsrailin İrana qarşı birgə hərbi əməliyyatının başlanmasından bəri İsraildə yaralananların sayı 6 594-ə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında bildirilib.

Qeyd olunub ki, hazırda İsrail xəstəxanalarında 125 nəfər müalicə alır, onlardan 16-sı ağır vəziyyətdədir.

Qurumdan vurğulanıb ki, son 24 saat ərzində ölkədə 148 nəfər yaralanıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Избранный
2
2
azadmedia.az

3Источники