İran ABŞ və İsrail hədəflərinə zərbə endirəcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari bəyan edib.
Xəbərdə bildirilir ki, Zülfəqari ABŞ Prezidenti Donald Trampın İran körpülərinə və elektrik stansiyalarına hücum təhdidlərinə cavab olaraq bildirib: “Əgər bu təhdidlər həyata keçirilərsə, İran İslam Respublikasının güclü silahlı qüvvələri bölgədəki vacib obyektlərə və aktivlərə daha sərt və dağıdıcı şəkildə hücum edəcəklər”.
O əlavə edib ki, ərəb ölkələrinin infrastrukturlarına zərər vurmamaq üçün ABŞ öz qüvvələrini ərazilərindən çıxarmalıdır.
Aminə ŞAHSUVARQIZI