RU

The Guardian : Ukayna və İrandakı müharibələr getdikcə bir biri ilə əlaqəli hala gəlir

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Ukrayna və İran müharibələri getdikcə daha çox bir-birinə bağlanır və bəzi analitiklər bu iki münaqişənin tədricən bir-birinə qarışdığını bildirirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” yazır.

Hazırda bu müharibələrin bir-birinə necə təsir edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Lakin onların qarşılıqlı əlaqəsi Avropa və Yaxın Şərqi əhatə edən qeyri-sabitlik zonasını daha da genişləndirir, deyə materialda qeyd olunur.

Ukrayna üçün bu əlaqə yeni deyil: 2022-ci ildən etibarən Rusiya Ukraynaya zərbələr üçün İran istehsalı olan "Şahed” tipli dronlardan istifadə edir. İndi isə Moskvanın İrana kəşfiyyat məlumatları verdiyi bildirilir. Eyni zamanda Ukrayna prezidenti Volodimir Zelenski Fars körfəzi ölkələrinə səfər edərək bir sıra əməkdaşlıq sazişləri imzalayıb.

Münaqişələr enerji bazarları vasitəsilə də bir-birinə təsir göstərir. İrana edilən hücumlar və Hörmüz boğazının bloklanması neft və qaz qiymətlərində artıma səbəb olub ki, bu da Rusiyanın xeyrinə işləyir. Kreml üçün bu vəziyyət iqtisadi təzyiqin artdığı bir dövrdə "xilas vasitəsi” rolunu oynayıb. ABŞ bazarı sabitləşdirmək üçün bəzi sanksiyaları yumşaldıb və bu da Asiya ölkələrində Rusiya neftinə tələbi artırıb. Rusiya gəlirlərini məhdudlaşdırmaq məqsədilə Ukrayna son günlər Rusiya neft infrastrukturuna zərbələri gücləndirib.

Nəşr əlavə edir ki, münaqişələr o qədər bir-birinə bağlanıb ki, bir cəbhədə baş verənlər digərinə birbaşa təsir göstərir. Avropa ölkələri isə Yaxın Şərqdə yeni eskalasiya dalğasına cəlb olunmamağa çalışır.

Bununla belə, "The Guardian” yazır ki, ABŞ administrasiyası bu əlaqəni tam qəbul etməsə də, Vaşinqton Moskva ilə bağlı bəzi yumşalmalara gedib. Eyni zamanda ABŞ-ın Rusiyanın İrana silah dəstəyi ilə bağlı artan sübutlara baxmayaraq, Moskvaya qarşı daha sərt addımlar atmadığı bildirilir.

Məlumata görə, ABŞ Ukraynaya Rusiyanın neft obyektlərinə hücumlarına görə daha çox təzyiq göstərir, lakin Rusiyanın İrana ölümcül silahlar ötürməsi məsələsində eyni səviyyədə sərt mövqe sərgiləmir. Hətta Donald Trampın Avropa müttəfiqləri Hörmüz boğazı ilə bağlı vəziyyəti yumşaltmasa, Ukraynaya silah yardımını dayandırmaqla hədələdiyi iddia olunur.

Ukrayna "Şahed” tipli dronlara qarşı mübarizədə böyük təcrübə toplayıb. Kiyev yalnız dron-interseptorlar deyil, həm də dəniz dronları, radioelektron mübarizə sistemləri və proqram təminatı satır.

"Çatham House” analitik mərkəzində "Ukrayna Forumu”nun rəhbəri Orisya Lutseviç bildirib ki, bu əməkdaşlıq Ukraynaya Vaşinqton qarşısında daha çox təsir imkanları yaradır və Trampın "Ukraynanın əlində kart yoxdur” iddiasına cavab kimi çıxış edir.

Onun sözlərinə görə, Ukrayna həm Rusiyaya qarşı müdafiə oluna bilən, həm də digər ölkələrin müdafiəsinə töhfə verə bilən çevik və güclü iqtisadi-texnoloji sistemə sahib olduğunu göstərməyə çalışır.

Pittsburq Universitetinin politologiya üzrə dosenti Uilyam Spaniele görə, Ukrayna və Yaxın Şərq müharibələri hələlik qlobal müharibəyə çevrilməsə də, onların nəticələri getdikcə daha çox bir-birinə təsir edir və bu, gələcəkdə cəbhə xətlərinin formalaşmasına uzunmüddətli təsir göstərə bilər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
qaynarinfo.az

1Источники