“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu “İşgüzar səhər” verilişinin qonağıdır.
Musavat.com xəbər verir ki, verilişin aparıcısı Çinarə Nurməmmədova ilə canlı yayımda İran–ABŞ–İsrail müharibə fonunda NATO-nun gələcəyi, alyans daxilində yaranan fikir ayrılıqları və təşkilatın dağılma ehtimalı müzakirə edilir.
Canlı yayım zamanı Yaxın Şərqdə artan hərbi gərginliyin NATO daxilində münasibətlərə təsiri, ABŞ-ın alyansa münasibətindəki dəyişikliklər və Avropanın təhlükəsizlik məsələsində yeni ittifaq axtarışları əsas müzakirə mövzularındandır.
Sözügedən verilişi canlı olaraq təqdim edirik.
Musavat.com