RU

Bakıda hərəkətdə olan avtomobil alışdı – polis alovu yerindəcə söndürdü - VİDEO

Musavat.com xəbər verir ki, paytaxt Bakının Xətai rayonunda avtomobil yanması hadisəsi qeydə alınıb.

Hadisə Yusif Səfərov küçəsində baş verib. İlkin məlumata görə, hərəkətdə olan nəqliyyat vasitələrindən birində qəfil yanğın baş verib. Alovun sürətlə yayılması ətrafdakı sürücülər və piyadalar arasında narahatlıq yaradıb.

Hadisə yerində olan polis əməkdaşları dərhal müdaxilə edərək avtomobildə yaranan alovu söndürməyə nail olublar. Onların operativ müdaxiləsi nəticəsində yanğının genişlənməsinin və mümkün faciənin qarşısı alınıb.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobilə isə müəyyən maddi ziyan dəyib.

Hadisənin anbaan görüntüləri sosial şəbəkələrdə yayılıb və böyük maraqla qarşılanıb.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

Избранный
3
22
musavat.com

10Источники