RU

Keçiddə piyadalara yol verən sürücülər zəncirvari qəzaya düşdülər VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakıda baş verən yol-nəqliyyat hadisəsi nəzarət kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az-ın məlumatına görə, qəza paytaxtın Həsən bəy Zərdabi küçəsində baş verib.

Hadisə zamanı piyadalara yol vermək üçün keçidin qarşısında dayanmış avtomobillərə arxadan yüksək sürətlə gələn “Opel” markalı nəqliyyat vasitəsi çırpılıb. Nəticədə “Hyundai”, “Nissan” markalı avtomobillər və eyni zamanda motosiklet sürücüsü zəncirvari qəzaya düşüblər.

Toqquşmanın təsirindən irəli hərəkət edən “Nissan” az qala piyadaları vuracaqdı, lakin sürücü vaxtında əyləci basaraq avtomobili son anda saxlaya bilib.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
avtosfer.az

1Источники