RU

"Ziraat Bank Azərbaycan" "Bank of China"da CNY üzrə müxbir hesab açdı

Bakı. Trend:

Korporativ müştərilər üçün yeni imkanların yaradılmasınıprioritet istiqamət kimi müəyyən edən "Ziraat Bank Azərbaycan"xarici ticarətlə məşğul olan sahibkarlara daha operativ və genişspektrli bank xidmətləri təqdim etmək məqsədilə müxbir bankşəbəkəsini genişləndirib.

Dünyanın 20 ölkəsində fəaliyyət göstərən "Ziraat MaliyyəQrupu"nun üzvü olan "Ziraat Bank Azərbaycan", Çin XalqRespublikasının aparıcı maliyyə institutlarından biri olan "Bank ofChina"da Çin yuanı (CNY) valyutası üzrə müxbir hesab açıb.

Yeni müxbir hesab Çin ilə ticarət əlaqələri həyata keçirənhüquqi şəxslərin ehtiyacları nəzərə alınaraq yaradılıb. Bununlamüştərilər ödənişlərini birbaşa yuan valyutası ilə həyata keçirə,əməliyyatlarını daha sürətli və rahat şəkildə icra edəbiləcəklər.

Dünyanın aparıcı banklarında mövcud olan müxbir hesablar "ZiraatBank Azərbaycan"a müştərilərinə beynəlxalq əməliyyatlarda dahaçevik və əhatəli xidmətlər təqdim etməyə imkan yaradır. Müxbir bankşəbəkəsinin genişliyi isə xarici ticarətlə məşğul olan müştərilərəkeyfiyyətli və etibarlı bank xidmətlərinin göstərilməsinə əlavəşərait yaradır.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik TürkiyəRespublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsulvə xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəyerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı,rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın"Instagram", "X" platforması, "Linkedin", "YouTube" sosial mediahesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edəbilərsiniz.

Избранный
20
8
az.trend.az

9Источники