RU

Nərmin 3 böyük şəxsiyyəti bir araya gətirdi VİDEO

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müğənni Nərmin Kərimbəyova "Səninəm” adlı keçmişin meqa hitinə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, sözügedən kompozisiyanın musiqisi millət vəkili, bəstəkar Novruz Aslana, sözləri isə təkrarolunmaz Xanım İsmayılqızına məxsusdur. 

"Səninəm" mərhum sənətkar İlhamə Quliyevanın repertuarından sevilmişdi. 

Ötən ilin yay aylarında İTV-də yayımlanan "İllərin Nəğmələri” adlı layihədə Nərminin "Səninəm” ifası ilə iştirakı bir çoxlarının, həmçinin mahnı müəllifinin diqqətini çəkmişdi.

Novruz Aslan mahnının yeni tərz aranjimanla ifa olunmasını və ifaçıya bu işdə hər cür dəstək olacağını bildirmişdi. Yeni aranjiman Rasim Əsgərov və Dahinə həvalə olundu. Bəstənin yeni versiyada səslənməsi, mahnının orijinal abu-havasını dəstəkləyərək Nərminin səhnə şıltağlığını daha da vurğuladı və ərsəyə yenilənmiş tam yay atmosferli "Səninəm” mahnısı gəldi. 

Mahnı üçün təşkil olunmuş xüsusi fotosessiya Kərimbəyovanı müasir şərq tərzində, keçmişdə populyar olan və yenidən dəbə gələn makiyajla işıqlandırdı. 

"Səninəm” Nərmin Kərimbəyovanın rəsmi "youtube" kanalında aktivdir.

Aysel

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
5
azxeber.com

6Источники