RU

Hindistanın yüksək vəzifəli rəsmisi niyə Bakıya gəlir? - İlk addım atılır

Hindistan və Azərbaycan siyasi etimadın bərpası üçün ilk addımları atırlar.

"Unikal" xəbər verir ki, bu barədə Hindistanın "The Economic Times" qəzeti məlumat yayıb. 

Bu həftə iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin Bakıda keçirilməsi gözlənilir. Görüşdə Hindistan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi iştirak edəcək. Tərəflər dialoqu bərpa etmək və etimad quruculuğu tədbirlərinə başlamaq niyyətindədirlər.

Nəşr qeyd edir ki, bu məsələ çərşənbə günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Hindistanın ölkədəki yeni səfiri Abhay Kumar arasında Bakıda keçirilən görüşdə müzakirə olunub.

Ağarza Elçinoğlu

Избранный
48
36
unikal.az

10Источники