RU

Zelenski Hörmüz boğazı ilə bağlı Ukrayna təcrübəsini təklif edib

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Hörmüz boğazında gəmiçiliyin təmin olunması üçün ölkəsinin təcrübəsini təklif edib. O bildirib ki, Ukrayna Qara dənizdə gəmilərin hərəkət azadlığı ilə təcrübəsini Hörmüzün açılmasına çalışan ölkələrlə bölüşməyə hazırdır. Yaxın Şərqdə gedən münaqişə fonunda bu strateji əhəmiyyətli boğaz faktiki bağlanıb.

Zelenski aprelin 2-də gecə videomüraciətində deyib ki, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Böyük Britaniyanın təşəbbüsü ilə keçirilən onlayn iclasa qatılıb. İclas İranın bağladığı boğazın yenidən açılmasına həsr olunub.

"Ukraynanın dəniz yolları, dəniz nəqliyyatının qorunması və bərpası ilə bağlı təcrübəsi var", – Zelenski bildirib, amma detallı danışmayıb.

Böyük Britaniyanın xarici işlər naziri Yvet Kuper iclasda İranın boğazı bağlamasını "məsuliyyətsizlik" adlandırıb. Bu durum qlobal iqtisadiyyatda xaos yaradıb. Dünyada neft və qazın təxminən 20 faizi Hörmüzdən keçir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
1
azpolitika.info

2Источники