RU

"80 yaşım var, bundan sonra harada işləyəcəm ki..." - Novruz Məmmədov

Bu gün Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədovun Azərbaycan Dillər Universitetindəki (ADU) işindən ayrıldığı barədə məlumat yayılıb. Belə ki, N.Məmmədovun artıq ADU-da müəllim kimi fəaliyyət göstərməyəcəyi bildirilib. Eyni zamanda, sabiq Baş nazirin səhhətində problem yarandığını, elə bu səbəbdən işdən çıxdığı qeyd olunub.

Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Novruz Məmmədov bildirib ki, hazırda heç bir işlə məşğul olmur:

“İşdən çoxdan ayrılmışam. Artıq bir müddətdir ki, təqaüddəyəm. Universitetdə mənlik bir iş qalmayıb. Artıq 80 yaşım var. Yenidən gedib işləmək istəmirəm. Bundan sonra harada işləyəcəm ki... O da baxır ki, hansı iş ola bilər, təklif edərlər ya etməzlər...

Səhhətimdə xırda narahatlıq var idi. Şükürlər olsun, artıq o da keçib. Xüsusi müalicə almağa ehtiyac olmayıb. Hazırda heç bir problem yoxdur. Sadəcə, indiki vəziyyətim əvvəlkindən fərqlidir. 80 yaş az deyil. Əlbəttə, digər yaşlarla müqayisədə fərq olmalıdır", - deyə sabiq Baş nazir əlavə edib.

Murad İbrahimli
 

Избранный
48
5
unikal.az

6Источники