
Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İturi əyalətində üsyançıların silahlı hücumu nəticəsində 40-dan artıq şəxs həlak olub.Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə milli media məlumat yayıb.
Məlumata görə, üsyançı Alyans Demokratik Qüvvələri (ADF) qrupunun üzvləri Bafvakoa kəndində mülki əhaliyə silahlı hücum həyata keçiriblər.
Bir çox evi talan edən və yandıran ADF üzvlərinin hücumunda əksəriyyəti mədənçi olan 43 mülki şəxs həyatını itirib.
KDR Silahlı Qüvvələrinin bölgəyə əlavə qüvvələr göndərdiyi bildirilir.İlahə Qənbərli
Missiya.Az