RU

Qazaxıstan neft qaz kimya məhsullarının istehsalını iki dəfə artırmağı planlaşdırır

ain.az bildirir, Apa.az portalına istinadən.

Qazaxıstan növbəti beş il ərzində neft-qaz-kimya məhsullarının istehsalını demək olar ki, iki dəfə artırmağı planlaşdırır. Sektorun inkişafında əsas istiqamət xammal yönümlü modeldən yüksək əlavə dəyərli məhsulların istehsalına keçiddir.

Bu barədə “APA-Economics” Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, sahə sabit müsbət dinamika nümayiş etdirir. Belə ki, neft-qaz-kimya məhsullarının istehsal həcmi 2023-cü ildə 358 min ton olduğu halda, 2025-ci ildə 619 min tona yüksəlmişdir və 2030-cu il üçün bu göstəricinin 1 220 min tona çatdırılması nəzərdə tutulur.

Qeyd olunur ki, neft-qaz-kimya sahəsinin 2030-cu ilə qədər inkişafına dair Yol Xəritəsi çərçivəsində dörd əsas flaqman layihə üzrə ümumi investisiya həcmi 12 mlrd. ABŞ dolları təşkil edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
45
3
apa.az

4Источники