RU

İran İsraili VURDU

İran İsraili raketlə vurub.

Redaktor.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin sözçü ofisi bildirib ki, "raketdən müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır".

Raket səsləri Təl-Əviv də daxil olmaqla, İsrailin mərkəzindəki ondan çox şəhər və kənddə eşidilib. Hələlik itki barədə məlumat verilməyib.

Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti bildirib ki, 91-ci zərbə dalğası zamanı SEPAH BƏƏ-dəki amerikalı pilot və mühəndislərin mövqelərinə, eləcə də Küveytdəki MQ-1 dron mövqelərinə hücum edib və ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Linkoln" təyyarədaşıyan gəmi qrupuna dörd qanadlı raket atıb.

İran dövlət televiziyası bəyanatdan bir hissəni sitat gətirib: "Bu əməliyyat zamanı Amerika təcavüzkar təyyarədaşıyan gəmisi "Abraham Linkoln"un zərbə qrupu Hind okeanının şimal hissəsində dörd "Qədr-380" qanadlı raketi ilə hücuma məruz qalıb".

Aminə ŞAHSUVARQIZI

Избранный
25
redaktor.az

1Источники