Nəşr bildirib ki, Moskvanın müvafiq strukturlarına Ermənistanda Rusiya ilə münasibətləri bərpa etmək proqramına malik qüvvələrin hakimiyyətə gəlməsi üçün səy göstərmək tapşırılıb. Ermənistan rəhbərliyinin (Alen Simonyan və Nikol Paşinyan) Kremllə təmas qurmaq və yüksək səviyyəli görüşlər təşkil etmək cəhdləri rədd edilib. Paşinyan hökumətinin daxildə anti-Rusiya əhval-ruhiyyəsi yaradıb, eyni zamanda Moskva ilə "oynamaq" cəhdlərinin artıq nəticə vermədiyi vurğulanır. Rusiya Prezidenti Vladimir Putinin "Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, onlarla işləyəcəyik" bəyanatı bu prosesin diplomatik fonu kimi qiymətləndirilir.
Qəzet qeyd edir ki, Moskva artıq mövcud hakimiyyətə etimadını tamamilə itirib və Ermənistanda siyasi dəyişikliklərdə maraqlıdır.