RU

Stomatoloq qəbulundan sonra ürəyində dəlik yarandı

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Moskvada diş implantasiyası etdirən şəxs gözlənilməz və ağır fəsadla üzləşib. Paytaxt sakini 62 nömrəli stomatoloji poliklinikada xəstə dişini çəkdirərək yerinə implant qoydurub.Demokrat.az rusiya mətbuatına istinadla xəbər verir ki, prosedurdan doqquz ay sonra ilk dəfə ürəyin ultrasəs müayinəsindən keçən xəstə həyatının şokunu yaşayıb.Kardioloq müayinə zamanı pasiyentin gizli infarkt keçirdiyini və ürəyində dəlik yarandığını müəyyən edib. Məlum olub ki, diş əməliyyatı zamanı qana düşən bakteriyalar ürək qapaqlarında məskunlaşaraq toxumaları zədələyib. Zərərçəkmiş şəxs implantın keyfiyyətsiz olduğunu ehtimal etsə də, bakteriyaların steril paketdən çıxarılan konstruksiyaya necə yol tapdığı hələlik sirr qalıb.Vəziyyəti ağırlaşan şəxs təcili xəstəxanaya yerləşdirilib. Cərrahlar onun ürəyində mürəkkəb əməliyyat apararaq aort və mitral qapaqları süni analoqları ilə əvəz ediblər. Hazırda reabilitasiya dövrünü keçən pasiyent hüquq-mühafizə orqanlarına müraciət edib. Tibb müəssisəsindən verilən məlumata görə, implantı quraşdıran cərrah artıq işdən kənarlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
demokrat.az

1Источники