RU

Günəşdə güclü partlayış baş verdi

Aprelin 2-də axşam saatlarında Günəşdə çox güclü partlayış qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Günəşdə partlayış Bakı vaxtı ilə 22:15-də qeydə alınıb. M3.5 sinifli partlayış 69 dəqiqə davam edib.

Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Partlayışlar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

Milli.Az

Избранный
54
13
milli.az

10Источники