İran Pentaqon rəhbəri Pit Heqset tərəfindən İranın “Daş dövrünə” qaytarılması ilə bağlı səsləndirilən hədəyə cavab verib.
Redaktor.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Agentlik ölkənin Əhəmənilər İmperiyası sərhədləri daxilində bərpa edilməsini təklif edib. Nəşrdə İranın “Daş dövrü” xəritəsi də yer alıb və bu xəritə daha geniş əraziləri, o cümlədən qonşu qitələrdəki torpaqları əhatə edib.
Məlumata görə, paylaşımda “siz onun bərpasında israr edirsinizmi?” ifadəsi də yer alıb.
Qeyd edək ki, bir gün əvvəl ABŞ Prezidenti xalqa müraciətində yaxın iki-üç həftə ərzində İrana qarşı güclü zərbələrin endirilə biləcəyini və ölkənin yenidən “Daş dövrünə” qaytarılmasının mümkün olduğunu bildirib.
Öz növbəsində İran İnqilab Keşikçiləri Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi qeyd edib ki, ABŞ böyük bir sivilizasiyanı təhdid etməklə yalnız öz ordusunu itirmək riski ilə üz-üzə qalır.
Aminə ŞAHSUVARQIZI