RU

Mingəçevirdə iri ağac üçmərtəbəli obyektin üzərinə aşdı, aptekə ziyan dəydi

Mingəçevirdə nəhəng palıd ağacı aşıb. Hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb. Aşan irigövdəli ağac üçmərtəbəli obyektin üzərinə düşüb.

Far.Az xəbər verir ki, bu barədə Baku TV-nin materialında deyilir.

Nəticədə obyektin şüşələri sınıb, eyvanı yararsız hala düşüb. Ağac aşarkən palıdın iri budaqları qırılaraq aptekə və yaxınlıqda dayanan avtomobilə də zərər vurub.

Sakinlərdən birinin sözlərinə görə, ağacın aşmasına səbəb torpağın yumşalması olub: "Belə görünür ki, su dibini yumşaldıb və elə buna görə də ağac aşıb. Ağac maşının kənarına düşüb, hər şeyi darmadağın edib. Allaha şükür ki, insan tələfatı yoxdur".

"Yaxşı ki, həmin vaxt burada insan olmayıb. Əgər insan olsaydı, bunun altından kim çıxacaqdı? Aptekə ziyan dəyib. Burada maşın olub, ona da ziyan dəyib. Bu zərəri kim ödəməlidir?", - deyə başqa bir sakin əlavə edib.

Qeyd edək ki, aşan ağac aidiyyəti qurumlar tərəfindən kəsilərək doğranıb və ərazidən götürülüb.

Избранный
39
far.az

1Источники