RU

Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunuı keçiriləcək.
 
Moderator.az xəbər verir ki, hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
 
İlk olaraq "Milli Aviasiya Akademiyası" və "Abşeron" komandaları meydançaya çıxacaq. Bu görüş saat 16:00-da start götürəcək. İlk matçda "Milli Aviasiya Akademiyası" 3:2 hesabı ilə qalib gəlib.
 
Günün ikinci oyununda "Gəncə" UNEC-lə münasibətlərə aydınlıq gətirəcək. Matç saat 18:00-da başlayacaq. İlk dueldə bölgə təmsilçisi qələbəyə sevinib - 3:2.
 
Xatırladaq ki, daha əvvəl "Turan" və "DH Volley" yarımfinala vəsiqə qazanıb.
 
Избранный
27
2
moderator.az

3Источники