RU

"Qarabağ"da parlayan Kamilo Duran 3 La Liqa klubunun hədəfində - ADLAR

"Qarabağ"ın hücumçusu Kamilo Duranın növbəti mövsümə harada başlayacağı yerli futbol ictimaiyyətini maraqlandıran əsas mövzulardan biridir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, daha öncə adı La Liqa təmsilçisi "Jirona" yanaşı çəkilən kolumbiyalı forvardla İspaniyanın daha 2 elita klubu maraqlanır.

Bunlar "Valensiya" və "Xetafe"dir. "Yarasalar" bir neçə gün öncə öncə xətt oyunçusunun mövqeyini öyrənməyə cəhd ediblər. Lakin indiyədək bu klublardan heç biri Ağdam təmsilçisinə rəsmi təklif göndərməyib. 

Əlbəttə, "köhlənlər" baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında "artıran" Duranı sata bilərlər. Bunun üçün həm Azərbaycan çempionuna yüksək məbləğ ödəməyə hazır olan klub tapılmalı, həm də futbolçu özü "Qarabağ"ı başqa komandaya dəyişmək istəyini dilə gətirməlidir. Kamilo Ağdam təmsilçisinin onun karyerasında dönüş nöqtəsi olduğunun fərqindədir və rəhbərliyin bütün qərarlarına hörmətlə yanaşmalı olduğunu bilir.

"Qarabağ"a ötən yay qoşulan Duran cari mövsüm klubunun forması ilə bütün turnirlərdə 39 matça çıxaraq 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Избранный
20
2
fanat.az

3Источники