RU

Rüsumlar azaldıldı

ABŞ polad, alüminium və mis məhsullarına idxal rüsumlarını azaldıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda bildirilib.

Məluata əsasən, 2025-ci ildə tətbiq edilən 50%-lik rüsum ABŞ-yə idxal edilən və “əsasən və ya tamamilə sadalanan metallardan ibarət” məhsullar üzərində qüvvədə qalacaq. Bununla yanaşı, yalnız qismən onlardan ibarət olan mallara 25% həcmində rüsum, müəyyən növ istehsal avadanlıqları və ya elektrik şəbəkələri üçün avadanlıqlara isə 15% rüsum tətbiq olunacaq.

ABŞ-yə idxal edilən və yalnız Amerika mənşəli polad, alüminium və ya mis tərkibli məhsullara tətbiq edilən rüsum 10% olacaq. Tərkibində 15%-dən çox olmayan polad, alüminium və ya mis olan məhsullar rüsumlara cəlb edilməyəcək./trend

Избранный
37
2
konkret.az

3Источники