RU

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı – FOTO

"Uzak Şehir" serialında böyük dəyişiklik baş verir.

Bizim.Media xəbər verir ki, Albora ailəsinin əsas düşməni Nadim Baybarsın oğlu Demir obrazına həyat verən Ferit Kaya serialla vidalaşır.

Sərt xasiyyəti və Cihana olan patoloji nifrəti ilə tanınan Demirin gedişi hekayədə yeni bir səhifə açacaq.

Ferit Kayanın gedişindən sonra seriala sadəcə yeni bir aktyor deyil, tamamilə yeni bir personaj daxil olacaq. 

Demir obrazının yerini tutacaq bu şəxs ssenariyə "yeni bir qohum" statusu ilə giriş edəcək. İddialara görə, bu sirli xarakterin gəlişi serialdakı mövcud cütlüklərin və aşiqlərin hüzurunu qaçıracaq, güc balansını yenidən formalaşdıracaq. (Milli.Az) 


Bizim.Media

Избранный
18
2
bizim.media

4Источники