RU

Şahzadə Harri qadın jurnalistə görün nə yazıb

Şahzadə Harri "Mail on Sunday" qəzetinin jurnalisti Şarlotta Qriffitsə "Facebook" sosial şəbəkəsində səmimi mesajlar yazıb.

Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Məlumatlar "Daily Mail" və "Mail on Sunday" qəzetlərinin naşiri "Associated Newspapers Limited" (ANL) şirkətinə qarşı qaldırılmış iddia çərçivəsində London Ali Məhkəməsində açıqlanıb. 2011-ci ilin dekabrından 2012-ci ilin yanvarına qədər olan mesajlarda Harri Qriffitsi "şirin" (sweetheart) adlandırıb; nəşr ehtimal edir ki, onların arasında hersoqun iddia etdiyindən daha yaxın münasibətlər olub.

Bununla belə, şahzadə Harri məhkəmədə Qriffits ilə yalnız bir dəfə — ortaq dostları Artur Lendonun təşkil etdiyi məclisdə görüşdüyünü bildirib. O, qızın jurnalist olduğunu anlayan kimi ertəsi gün ünsiyyəti kəsdiyini etiraf edib.

Избранный
42
publika.az

1Источники