RU

Azərbaycanda taksi sürücüləri üçün sığorta haqqı dəyişilir

Bakı. Trend:

Avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə tətbiq olunanəmsal müəyyənləşib.

Trend-inməlumatına görə, avtonəqliyyat vasitəsi taksi ilə sərnişin daşımaqüçün istifadə edildikdə əmsal tətbiq ediləcək.

Belə ki, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri iləsərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsisahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsibağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğininhesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişindaşımaları üçün istifadə edilməsi dedikdə “Avtomobil nəqliyyatıhaqqında” və “Lisenziyalar və icazələr haqqında” Qanunlara uyğunolaraq səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş icazəəsasında avtonəqliyyat vasitəsinə münasibətdə müvafiq buraxılışvəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən hər hansışəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinəyetirilən sərnişin daşımaları başa düşülür.

Sığorta müqaviləsi bağlanarkən yuxarıda əks olunmuş əmsalavtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumatmövcud olduğu halda tətbiq ediləcək.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumatınmüəyyən edilməsi mümkün olmadıqda, yuxarıda nəzərdə tutulmuşəmsalın tətbiqi sığorta müqaviləsi bağlanarkən sığortalının könüllübəyanı əsasında həyata keçiriləcək.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumatmüəyyən edilməsi mümkün olmadıqda və ya yuxarıdakı abzasda nəzərdətutulmuş halda həmin məlumat sığortalı tərəfindən sığortaçıya bəyanedilmədikdə sığorta haqqı məbləğinin hesablanması üçün 1 əmsaltətbiq olunacaq.

Избранный
54
47
az.trend.az

10Источники