İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regionda yeni hücumlarla bağlı açıqlama verib.
Bu barədə SEPAH-ın “X” hesabında bildirib.
Məlumata görə, qurum Dubayda ABŞ-ın “Oracle” şirkətinə məxsus data mərkəzinə, eləcə də Bəhreyndə “Amazon”a aid obyektə zərbə endirdiyini iddia edib.
“İran vətəndaşlarının öldürülməsinə cavab olaraq hərəkətlərimizin terror maşınının sıradan çıxarılmasına yönələcəyini əvvəlcədən xəbərdarlıq etmişdik”, – deyə bəyanatda qeyd olunub.