İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən, ABŞ-nin “Oracle” şirkətinə məxsus hesablama mərkəzinə zərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirilir.
“Biz ABŞ-nin iki şirkətinin – Dubaydakı “Oracle” və Bəhreyndəki “Amazon”un data mərkəzlərinə zərbələr endirdik. Daha əvvəl xəbərdarlıq etmişdik ki, iranlıların qətlə yetirilməsinə cavab olaraq hərəkətlərimiz terror maşınının sıradan çıxarılmasına yönələcək”, – deyə məlumatda vurğulanıb.