RU

İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd

style='margin-bottom:10px;'>

İtaliya millisinin baş məşqçisi vəzifəsindən istefaya göndəriləcəyi gözlənilən Cennaro Qattuzonun əvəzinə üç əsas namizəd müəyyənləşib.

QOL.az xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.

Yığmaya "Napoli"nin baş məşqçisi Antonio Konte və ya "Milan"ın çalışdırıcısı Massimiliano Alleqrinin təyin olunması nəzərdən keçirilir. Həmçinin İtaliya millisinin keçmiş baş məşqçisi Roberto Mançini də namizəd hesab olunur.

Kontenin "Napoli" ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir və klub prezidenti Aurelio De Laurentiis onunla işləməyə davam etməkdə qərarlıdır. "Milan" isə Çempionlar Liqasına vəsiqə qazanarsa, Alleqrinin müqaviləsi 1 il uzadılacaq. Hər iki məşqçi milli komandaya yalnız uzunmüddətli layihə və aydın, ortaq planlarla rəhbərlik etməyə razı olacaq. Lakin onların klubları ilə müqavilələrini ləğv etmək asan olmayacaq.

Qətərin "Əl Sədd" klubunda çalışan Roberto Mançini 2018-ci ildən 2023-cü ilə qədər rəhbərlik etdiyi milli komandaya qayıtmağa hazırdır və klubla müqaviləsinə xitam verilməsi problem yaratmayacaq.

Qeyd edək ki, İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off finalında Bosniya və Herseqovinaya (1:1, penaltilər seriyası - 1:4) uduzub.

Избранный
36
teleqraf.com

1Источники