RU

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir

Yaxın Şərqdə gərginliyin artması fonunda Azərbaycan Avropa İttifaqının (Aİ) getdikcə daha vacib strateji tərəfdaşına çevrilir.

Publika.az xəbər verir ki, bu fikilər "Euronews" telekanalının saytında yerləşdirilmiş analitik məqalədə yer alıb.

"Son illərdə Azərbaycan və Aİ arasında münasibətlər dinamik inkişaf mərhələsinə qədəm qoyub və siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi sahələri getdikcə daha çox strateji xarakter alır. İnvestisiyaların artırılması, texnoloji nailiyyətlərin mübadiləsi və viza rejiminin sadələşdirilməsi bu əlaqələri daha da möhkəmləndirə bilər", - materialda bildirilib.

Qeyd olunub ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın 11–12 mart 2026-cı il tarixlərində Azərbaycana səfərini ikitərəfli münasibətlərdə mühüm mərhələ hesab etmək olar. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Koşta ilə görüşü baş tutub. Liderlərin birgə bəyanatları iqtisadiyyat, enerji, nəqliyyat sahələrində, təhlükəsizlik sferasında və digər əsas istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək üzrə ümumi niyyətdən xəbər verir.

Məqalədən aydın olur ki, Avropa İttifaqı Yaxın Şərqdə sürətlə dəyişən vəziyyət fonunda Azərbaycanı xüsusilə enerji təhlükəsizliyi və idxalın şaxələndirilməsi baxımından strateji cəhətdən mühüm tərəfdaş hesab edir.

Избранный
30
50
publika.az

10Источники