RU

Kərəcin körpüsünə hücum zamanı ölən və yaralanlarının sayı artıb – YENİLƏNİB-2

ABŞ ilə İsrailin İranın Kərəc B1 körpüsünə hücumu zamanı 8 nəfər ölüb, 95 mülki şəxs yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Fars" Xəbər Agentliyi məlumat yayıb.

"Əlbor vilayət rəhbərliyindən bildirilib ki, ABŞ ilə İsrailin Kərəcin B1 körpüsünə hücumundan sonra 8 nəfər ölüb, 95 dinc sakin yaralanıb",- məlumatda bildirilib.

Qeyd olunub ki, ölən və yaralananlar yaxınlıqdakı kəndin sakinləri, yoldan keçən sərnişinlər və Təbiət Gününə görə bu əraziyə toplaşan insanlar olub.

Kərəc B1 körpüsünə İsrail-ABŞ hücumu nəticəsində 2 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Əlborz vilayət rəhbərliyinə istinadən "Mehr" Xəbər Agentliyi məlumat yayıb.

"Kərəc B1 körpüsünə edilən hücumda bir neçə vətəndaş yaralanıb və tibb mərkəzlərinə köçürülüb, həmçinin iki nəfər ölüb", - məlumatda bilirilib.

ABŞ-İsrail qüvvələrinin havadan zərbəsi nəticəsində İranın paytaxtı Tehran yaxınlığındakı Kərəc rayonunun Əzimiyyə bölgəsinə B1 körpüsü partlayıb, bir neçə nəfər yaralanıb.

"Report" xəbər verir ki, məlumatı "Fars" informasiya agentliyi yayıb.

Bildirilib ki, bu körpü Tehran-Kərəc sürət yolunun üstündədir.

Məlumata görə, Tehranın qərbində də bir neçə partlayış olub. Bundan sonra Kərəcin bəzi hissələrində elektrik enerjisi kəsilib.

Bu, Yaxın Şərqin ən hündür körpüsü sayılır.

Избранный
7
1
far.az

2Источники