ABŞ Prezidenti Donald Tramp ölkənin Baş prokuroru Pem Bondinin istefa verdiyini elan edib və onu böyük vətənpərvər adlandırıb.
Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində bəyanat yayıb.
Tramp bildirib ki, Bondi başqa vəzifəyə keçib.
"Bondi son bir il ərzində mənim Baş prokurorum kimi vəzifələrini fədakarlıqla yerinə yetirən böyük Amerika vətənpərvəri və sadiq dostumdur. Pem ölkə daxilində cinayətkarlığa qarşı genişmiqyaslı kampaniyaya rəhbərlik edərək nəhəng bir iş görüb", - deyə Amerika lideri yazıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda Bondinin özəl sektorda olduqca zəruri və vacib olan yeni vəzifəyə keçidi elan ediləcək.