RU

ABŞ-nin NATO-dakı səfiri müttəfiqlərindən Vaşinqtona dəyərlərini sübut etmələrini tələbETDİ

ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker ABŞ Prezidenti Donald Trampın İranla müharibə ilə bağlı fikir ayrılıqlarına görə blokdan çıxmaqla bağlı təhdidləri fonunda müttəfiqlərdən Vaşinqtona dəyərlərini sübut etmələrini tələb edib.

Redaktor.az xəbər verir ki, o, bu açıqlamanı ”Fox Business”ə verdiyi müsahibədə bildirib.

"NATO müttəfiqlərimizin ABŞ-yə niyə fayda verdiklərini izah etmələrinin və bunu nümayiş etdirmələrinin vaxtıdır. Onların danışıq mədəniyyəti var. ABŞ-nin hərəkət mədəniyyəti var. Və bu, hazırda üzləşdiyimiz əsas problemdir", - deyə Uitaker bildirib.

Onun açıqlamaları Trampın Britaniyanın "The Telegraph" qəzetinə verdiyi müsahibədə ABŞ-ni NATO-dan çıxarmağı ciddi şəkildə düşündüyü barədə verdiyi açıqlamadan sonra verilib. Tramp müttəfiqlərin Qərb ölkələri üçün Hörmüz boğazının açılmasına kömək etməkdən imtina etməsindən qıcıqlanıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
24
redaktor.az

1Источники