RU

Tramp Baş prokuror Bondinin istefasını təsdiqlədi

BAKI, 2 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp baş prokuror Pem Bondinin istefasını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" şəbəkəsində məlumat verib.

"Biz Pamı sevirik və o, özəl sektorda daha sonra elan ediləcək vacib və tələb olunan bir vəzifəyə keçəcək. Baş prokurorun müavini Todd Blanche Baş prokuror vəzifəsini icra edəcək", - deyə Amerika lideri bildirib. Prezident Bondini "böyük vətənpərvər" adlandırıb və onun "ölkə daxilində cinayətkarlığa qarşı mübarizə" səylərini tərifləyib.

Daha əvvəl "Fox News" mənbələrə istinadən Bondinin Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsindən istefası barədə məlumat vermişdi . "The New York Times" qəzeti onun istefasının əsas səbəbinin pedofil maliyyəçisi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin açıqlanması ilə bağlı olduğunu bildirmişdi.

Избранный
14
4
teleqraf.com

5Источники