RU

Tramp ABŞ-nin Baş prokurorunu işdən çıxarıb

ABŞ Prezidenti Donald Tramp Baş prokuror Pem Bondini vəzifəsindən azad etdiyini bildirib.

"Far.Az" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

"Pem Bondi ötən il ərzində mənim Baş prokurorum kimi sədaqətlə xidmət edən böyük amerikalı vətənpərvər və sadiq dostdur. Pem bütün ölkəmizdə cinayətkarlığa qarşı genişmiqyaslı mübarizəyə rəhbərlik edərək möhtəşəm iş görüb, bu müddətdə qətllərin sayı 1900-cü ildən bəri ən aşağı səviyyəyə düşüb", - Tramp deyib.

Onun sözlərinə görə, vəzifədən azad edilmə Bondinin özəl sektorda yaxın vaxtlarda açıqlanacaq yeni mühüm vəzifəyə keçməsi ilə əlaqədardır.

"Baş prokurorun müavini, çox istedadlı və hörmətli hüquqşünas Todd Blanş Baş prokuror səlahiyyətlərini icra edəcək", - ABŞ lideri bildirib.

Избранный
2
4
far.az

5Источники