RU

Keçmiş nümayəndəsinin Trampla bağlı bu fikiri gündəm yaratdı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ prezidentinin keçmiş xüsusi nümayəndəsi Keyt Kelloq sabiq prezident Donald Tramp barədə diqqətçəkən açıqlama verib.

Globalinfo.az xəbər verir ki, Kelloq “Fox News” kanalına müsahibəsində Trampı dünya liderləri arasında “alfa kişi” kimi xarakterizə edib.

Onun sözlərinə görə, bu ifadə Trampın beynəlxalq siyasətdə dominant və təsirli mövqeyini əks etdirir.

Keçmiş nümayəndə bildirib ki, Trampın bu cür qiymətləndirilməsi onun qlobal gündəliyi formalaşdırmaq bacarığı və beynəlxalq münasibətlərdə sərgilədiyi strateji yanaşma ilə bağlıdır. Kelloq əlavə edib ki, Tramp lider kimi qərarvermə prosesində sərt və məqsədyönlü mövqeyi ilə seçilir.

Qeyd edək ki, Kelloqun bu açıqlaması beynəlxalq siyasi dairələrdə müzakirələrə səbəb olub.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
globalinfo.az

1Источники